Missiyamız


Bizim məqsədimiz yalnız məhsul satmaq və gəlir əldə etmək deyil, eyni zamanda, insanlara xidmət etmək və nüfuzumuzu artırmaqdır. Qazanılan nüfuz isə əldə etdiyimiz bütün uğurlarımızın açarıdır.

Fəaliyyət sahələrimiz aşağıdakılardan ibarətdir:

  • Havalandırma sistemləri;
  • İstilik və soyutma təchizatı;
  • Su təchizatı və kanalizasiya;
  • Elektrik təchizatı;
  • Avtomatik idarəetmə sistemləri;

Bizim istifadə etdiyimiz və müştərilərimizə təklif etdiyimiz məhsullar dünyanın ən qabaqcıl brendləridir: "Vents", "McQuay", "Zehnder", "Vaillant", "Danfoss", "Devi", "Wilo", "Yetsan", "Tenrad", "Bahçıvan", "Valtec" və s.

Əsas meyarlarımız - münasib qiymət, yüksək keyfiyyət və daimi servis xidmətidir. Göstərdiyimiz xidmətlər: "Yusi Ko" MMC mühəndis kommunikasiyalarının və qurğularının layihələndirilməsi, quraşdırılması və servisi ilə məşğul olur. Müəssisəmizin əsas fəaliyyət sahəsi isitmə-soyutma, havalandırma və mərkəzi kondisioner sistemlərinin quraşdırılması, elektrik təsisatı və su təchizatı ilə bağlıdır.


Müəssisəmiz aşağıda göstərilən işləri yüksək səviyyədə və müasir tələblərə uyğun şəkildə yerinə yetirir:

  • Sifarişçinin imkan və tələblərinə uyğun olaraq, texniki-iqtisadi əsaslandırmaların hazırlanması;
  • Layihə işləri: Yaşayış və qeyri yaşayış komplekslərinin binadaxili və xarici mühəndis komunikasiyalarının layihələndirilməsi;
  • Quraşdırma işləri: Qazanxanların qurulması və bütün növ qazanxana avadanlıqlarının quraşdırılması;
    • Kombi və divar qazanlarının vasitəsi ilə Fərdi İstilik Sistemlərinin quraşdırılması;
    • Ventilyasiya və kondisioner sistemləri avadanlıqlarının quraşdırılması; (chiller-fancoil sistemləri, kanal tipli split sistemləri, mərkəzi kondisionerlər, VRV sistemləri və s.)
    • Bina daxili istilik sistemləri (konvektor, radiator, isti döşəmə və s.) quraşdırılması;
    • Aşağı gərginlikli elektrik quraşdırma işləri.